YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafın əsası qoyulub"

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə “Bakı KOB evi”ndə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə Milli Məclisin deputatları Samir Vəliyev və Vüqar İskəndərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin möhkəmlənməsi və sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi strateji islahatlardan danışıblar. Çıxışlarda qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşıb və dayanıqlı iqtisadi inkişafın əsası qoyulub.

Tədbir çərçivəsində partiya fəaliyyətində fəallıq göstərən KOBİA əməkdaşlarına YAP Nərimanov rayon təşkilatı tərəfindən fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

Həmçinin Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq istəyən bir qrup əməkdaşın müraciətləri qəbul edilib.

DİGƏR Xəbərlər Arxiv