YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında və müstəqilliyinin qorunub saxlanılmasında oynadığı tarixi roldan danışıb. O qeyd edib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxaraq beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib.

F.Vəliyev Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən bəhs edərək onun xalq qarşısında misilsiz xidmətlərini xüsusi vurğulayıb, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının bu gün də ölkəmizin tərəqqisinin əsasını təşkil etdiyini bildirib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Zeynallı çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyaraq ölkəni mürəkkəb tarixi mərhələlərdən uğurla çıxarıb və xalqın milli birliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb. O, Ulu Öndərin “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” sözlərini xatırladaraq onun həm Azərbaycan xalqının, həm də türk dünyasının görkəmli tarixi şəxsiyyəti olduğunu bildirib.

Partiya fəalları Pərviz İbrahimov və Pərvin Gözəlov Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan danışıb, onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Tədbirin bədii hissəsində Əhməd Cavad adına tam orta məktəbin şagirdləri tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Sonda YAP Şəmkir rayon təşkilatı tərəfindən fəallıq göstərən məktəblilərə fəxri fərman  və  hədiyyələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv