YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda Ümummilli Liderin xatirəsi anılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı, Saatlı rayon Ağsaqqallar Şurası və Saatlı rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik strategiyası dayanır. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkəmizin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi qərarlar qəbul edilib.

Elşən Əzizov vurğulayıb ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan öz inkişafının ən qüdrətli mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, regionların inkişafı və ölkənin beynəlxalq nüfuzunun artması bu siyasətin bariz nəticəsidir.

Tədbirdə çıxış edən Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Saatlı rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Lütvəli Şıxəliyev, Saatlı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Sakit Bağırov və Sımada kənd İƏD üzrə nümayəndə Həmzə Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafında, elm və təhsil sahəsində, milli quruculuq prosesində oynadığı müstəsna roldan danışıblar.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də müasir dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasıdır. Bildirilib ki, gənc nəslin bu zəngin irsi mənimsəməsi, elm və texnologiyanın imkanlarından istifadə edərək ölkənin inkişafına töhfə verməsi Heydər Əliyev ideyalarına sadiqliyin göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv