YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən yubilyar partiya veteranları ilə görüş keçirilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını doğum günü münasibətilə təbrik edib. Sədr bildirib ki, onlar Ulu Öndər Heydər Əliyev ideyalarına inam və ehtiramlarını nümayiş etdirib, partiyaya sədaqətlərini əməli işləri ilə təsdiq ediblər.

70 yaşı tamam olan, Birinci Qarabağ müharibəsi şəhidi Bəxtiyar Əhmədovun bacısı Ədibə Əhmədova, 70 yaşı tamam olan Qaraş Hacıyev və 75 yaşı tamam olan Tamilla İbadova çıxışlarında Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildiriblər. Onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi zəfərlərlə fəxr etdiklərini vurğulayıblar.

YAP Bərdə rayon təşkilatı aparatının məsul əməkdaşları yubilyarları təbrik ediblər.

Təşkilat sədri Faqət Şadlinskaya partiya veteranlarına Fəxri Fərman və hədiyyələr təqdim edib.

Sonda veteranlarla xatirə şəkli çəkdirilib.