YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda “Müstəqilliyimizin memarı” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müstəqilliyimizin memarı” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsində müstəsna xidmətlərindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafındakı rolundan danışaraq, Ulu Öndərin ideyalarının bu gün də yaşayaraq Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Təhsil sektorunun müdiri İlkin Zeynalov, partiya veteranları Fərqanə Məmmədova, İsmayıl Quliyev, Əfrahim Hüseynov, eləcə də partiya fəalları Zülfiyyə Süleymanova və Ağaxan Ağayev çıxışlarında dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin güclənməsi və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhz bu siyasətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə qalib, qüdrətli və nüfuzlu dövlət kimi tanınır.