Xəbərlər
Etibar Mirzəyev: “Günəşli” yatağında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir
Dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir.
Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev dekabrın 12-də jurnalistlərə açıqlamasında deyib.
E.Mirzəyev bildirib ki, hazırda yanğının söndürülməsi və qəza nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin helikopterləri və təyyarəsi də cəlb olunub.