YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyevin dövlətçilik ideyaları və müasir gənclik”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik ideyaları və müasir gənclik” mövzusunda dəyirmi masa keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının  sədri Gündüz Bayramov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycan xalqının milli inkişaf strategiyasının əsasını təşkil edir və bu gün də uğurla davam etdirilir. O qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müstəqil Azərbaycanın möhkəmlənməsi, hüquqi dövlət quruculuğu, iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bildirib ki, Ulu Öndər hər zaman gənclərə böyük ümid bəsləyib, onları dövlətin gələcəyi kimi qiymətləndirib və bu istiqamətdə ardıcıl siyasət həyata keçirib. Onun təşəbbüsü ilə gənclərin təhsili, dünyagörüşünün genişlənməsi, vətənpərvərlik ruhunda formalaşması üçün mühüm addımlar atılıb. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi bu gün yüksək bilik və bacarığa malik, milli dəyərlərə sadiq, müasir dünyagörüşlü bir qüvvə kimi formalaşıb.

Dəyirmi masada iştirak edən partiya fəalları Tural Qurbanov, Röyal Əlizadə, Nigar İskəndərova və Samir Qurbanov çıxış edərək vurğulayıblar ki, Heydər Əliyevin dövlətçilik ideyaları milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı gənc nəslin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bu ideyalar əsasında yetişən Azərbaycan gəncliyi bu gün ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətimizin maraqlarını hər zaman üstün tutur və əldə olunan uğurların davamlılığında mühüm rol oynayır.