YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“İz qoyan ömür”

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin, Abşeron Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İz qoyan ömür” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kollecin direktoru Hicran Əyyubova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında müstəsna rolunu vurğulayaraq diqqətə çatdırıb ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində dövlətimiz müstəqilliyini möhkəmləndirmiş, ölkədə sabitlik təmin olunmuşdur. O, həmçinin gənclərin milli ruhda tərbiyəsi və dövlətə sədaqət hissinin formalaşdırılmasının məhz Ulu Öndər ideyalarının davamı olduğunu bildirmişdir.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan bəhs edib. O, Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Ümummilli Lider tərəfindən müəyyən edilmiş strateji inkişaf xəttinin dayandığını vurğulamış, gənclərin bu ideyaları yaşatmasının vacibliyini qeyd etmişdir.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna xidmətlərindən danışıb. O, Ümummilli Liderin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin olunduğunu, dövlət idarəçiliyi sisteminin formalaşdırıldığını və sosial-iqtisadi inkişafın əsasının qoyulduğunu diqqətə çatdırmışdır.

Sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Sonda bədii hissə təqdim edilib.