Xəbərlər
Cəlilabadda Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı, Cəlilabad rayon Gənclər və İdman Sektoru və ADPU-nun Cəlilabad filalının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən təşkilatçılar yarış iştirakçılarını salamlamış, komandaların hər birinə uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. İntellektual oyunda 5 komanda mübarizə aparıb. Komandaları təmsil edən gənclər Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırıblar.
Yarışda qalib komandala Kubok və diplomlar verilib.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
