YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Namiq Xəlilov: Qanuna edilən əsas dəyişiklər nağdsız dövriyyənin artırılması ilə bağlıdır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanunda dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. 

İclasda iştirak edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, əsas dəyişikliklər nağdsız dövriyyənin artırılması ilə bağlıdır. Onun sözlərinə görə, nağd əməliyyatlar bir sıra neqativ hallara, dələduzluq hadisələrinin baş verməsinə yol açır: “Qanuna yeni 14.3-1-ci maddə əlavə edilib. 14.3-cü maddəyə görə, icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fonunda dəyişikliklər baş verərəsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır. Əlavə olunan 14.3-1 maddəyə görə isə, sığorta vasitəçiləri sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsi ilə köçürürlər. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir”.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.