YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda bilik yarışı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və “Göyəzən Kursları”nın birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şagirdlər arasında bilik yarışı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.                             

Açılış mərasimində YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, “Göyəzən Kursları”nın direktoru Şahbaz Mirzəyev çıxış edərək 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün böyük təntənə ilə qeyd olunacağını bildiriblər. Natiqlər bu münasibətlə Qazax rayonunda silsilə tədbirlərin keçirildiyini qeyd edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində Dahi Rəhbərin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, Azərbaycan təhsilinin inkişafında, gənclərin hərtərəfli, vətənpərvərlik ruhunda yetişməsində müstəsna xidmətlərindən ətraflı danışıblar. Onlar Ulu Öndər Heydər Əliyev siyasi kursunun bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Çıxış edənlər qeyd ediblər ki, bilik yarışının keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin  təbliği, əziz ruhuna olan hörmət və ehtiramın təzahürü, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, onların intellektual səviyyəsinin yüksəldilməsi, həmçinin milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsidir.

Bilik yarışında ümumilikdə 7 komandadan ibarət olmaqla 43 nəfər şagird iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən “Polad Həşimov” komandası - I, “Azər Yusifli” komandası - II, “Qarabağ” komandası - III yeri tutub.

Qalib komandalar diplom və mükafatlarla təltif olunub.