YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni strateji inkişaf istiqamətləri

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Çex Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfəri, iki dövlət arasında həm regional, həm ikitərəfli, həm də qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmasına, eləcə də siyasi, iqtisadi, ticari, elmi-texniki, mədəni əlaqələrin intensivləşməsinə zəmin yardacaq hadisələrdən sayıla bilər. Baş nazir Andrey Babişi böyük bir qrup çex iş adamlarının müşaiyət etməsi, həmçinin səfər çərçivəsində Azərbaycan-Çex Respublikası biznes forumunun da keçirilməsi, tərəflərin bu əməkdaşlığa böyük dəyər verdiyini və ölkələr arasında ticarət dövriyyəsinin daha yüksək səviyyəyə çatdırılmasına istəkli olduqlarının göstəricisidir.

Azərbaycan Çexiyanın enerji təhlükəsizliyində mühüm rol alan ölkədir və əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Biz bu ölkəyə həm neft, həm də təbii qaz ixrac edirik və ölkəmiz Çexiyanın enerji balansında önəmli yer tutur. Cəmi iki aydır davam edən ABŞ-İran münaqişəsi nəticəsində Avropanın 25 miyard avro itirdiyini nəzərə alsaq, Azərbaycan kimi etibarlı tərəfdaşla əlaqələrin bütövlükdə Avropa və eləcə də onun bir sıra subyektləri üçün nə qədər böyük əhəmiyyət daşıdığını görmək olar. Bununla belə iki ölkə arasında əməkdaşlıq sferasını genişləndirmək üçün başqa sahələr da yetərincədir. Buraya Azərbaycanla Çexiya arasında hərbi məhsulların da, digər sənaye məhsullarının birgə istehsalını da şamil etmək olar.

Çexiya ənənəvi olaraq sənaye ölkəsi sayılır və Avropada silah istehsalında, xüsusilə də müasir artilleriya qurğularının istehsalında ixtisaslaşmış ölkədir. Azərbaycanda da silah istehsalı ilə məşğul olan 20-yə yaxın müəssisənin olduğunu nəzərə alsaq, qarşılıqlı əməkdaşlıq və mübadilə siyasətindən hər iki tərəfin ancaq qazana biləcəyini proqnozlaşdırmaq olar. Çexiya Baş nazirinin Azərbaycanı strateji tərəfdaş adlandırması, iki ölkə arasında münasibətlərin səviyyəsinin inikasıdır. Bu yanaşma həm Avropa məkanında, həm də qlobal miqyasda Azərbaycanın artan rolunun və regional proseslərə təsir imkanlarının səviyyəsinə verilən dəyərdir.

Azərbaycan Prezidenti İlham Əliyevlə Çexiya Respublikası baş naziri arasında aparılan həm təkbətək, həm də heyətlərarası  danışıqlarda ölkələrimizin müdafiə potensialının artırılması və yerli istehsalın təşviq edilməsinə, həmçinin də  digər  iqtisadi və sərmayə qoyuluşunu zəruri edən layihələrin reallaşmasına yönəlmiş razılaşmaların əldə edilməsi, qarşımızda yeni üfüqlər, gözəl perspektivlər açmaqla yanaşı dövlətlərarası münasibətlərin və siyasi dialoqun dinamikasının inkişafına əminlik yaradır.