Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti III Beniqno Akinoya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti III Beniqno Akinoya bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan-Filippin münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına sülh və firavanlıq arzulayıram.”