YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib

Dekabrın 9-da ABŞ Konqresinin “Reybern” binasında ermənilərin ənənəvi illik şousu keçirilib: onlar qondarma Dağlıq Qarabağın qondarma müstəqillik gününü qeyd ediblər. Tədbir Xankəndidəki oyuncaq rejimin oyuncaq ofisi, Amerika Erməni Assambleyası (AEA), öz büdcəsini ABŞ erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi (AEMK), əslində özü müstəqil dövlət olmayan Ermənistan respublikasının ABŞ-dakı səfirliyi kimi qarşılıqlı əlaqəli strukturlar şəbəkəsi tərəfindən təşkil edilib. Erməni lobbi təşkilatları ABŞ qanunvericilərinin çoxunu şirnikləndirib bu qondarma “müstəqillik bayramı”na gətirməyə çalışsalar da, tədbirə yalnız üç konqresmen gəlmişdi: erməni icmasının üstünlük təşkil etdiyi Kaliforniyanın seçki dairələrini təmsil edən Ed Roys və Adam Şiff, habelə ABŞ Konqresində erməni kokusunun həmsədri, İllinoys ştatından konqresmen Robert Dold. Toplaşanların qalan hissəsi yalnız ermənilərdən ibarət idi.

Oyuncaq rejimin “şərəfinə” yığıncaqla eyni vaxtda “Reybern” binasının qarşısında ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilirdi. Bu aksiyada Vaşinqtonun və ətraf rayonların Azərbaycan icmasının üzvləri, habelə erməni təcavüzünü pisləyən amerikalılar və digər millətlərin nümayəndələri iştirak edirdi. Nümayişçilərin əllərində tutduğu plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktlar, Azərbaycan ərazilərinin işğal edilməsinin nəticələri, Ermənistanın vassallığı və onun müstəqil siyasi kursunun olmaması, Xocalı qırğını, BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumatlar aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırılıb. Aksiya iştirakçıları “Ermənistan-terrorçu dövlətdir!”, “Ermənistan, Azərbaycandan rədd ol!”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri!”, “Ermənistan – vassal dövlətdir”, “Rədd olsun Xankəndidəki oyuncaq rejim!”, “Amerikalı vergi ödəyicilərindən pul dilənməyiniz yetər!”, “Azərbaycan torpaqlarından əlini çək!”, “Mən qarabağlıyam, mənim evimi qaytarın!” və başqa şüarlarla çıxış ediblər.

ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi Bəbir Məmmədli etiraz aksiyasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycan ərazilərinin işğal olunmasının erməni lobbisi tərəfindən bayram edilməsi ilə əlaqədar, “ABŞ Azərbaycanlılar Şəbəkəsi” təşkilatı bizim icmanın üzvlərini Konqresin binası qarşısında toplayaraq öz etirazını bildirməyi, ABŞ qanunvericilərini və onların nümayəndələrini Azərbaycan ərazilərinin işğal edilməsi barədə məlumatlandırmağı, amerikalı siyasətçiləri Ermənistan tərəfindən beynəlxalq hüququn pozulmasını pisləməyə çağırmağı qərara alıb.

Konqresmenlərdən bir neçəsi nümayiş iştirakçılarına yaxınlaşıb. Onlara erməni təcavüzü barədə ətraflı məlumat verilib.

Qeyd etmək lazımdır ki, təbliğat xarakterli tədbirin Konqres binalarından birində keçirilməsi onun Vaşinqton şəhərinin hər hansı başqa binasında keçirilən hər hansı tədbirlə müqayisədə daha əhəmiyyətli olması demək deyil. ABŞ Konqresinin 435 üzvündən hər biri Konqresin binasında hər hansı tədbir üçün otaq sifariş edə bilər. Ermənilərin təşkil etdiyi bu tədbirə gəlmiş üç konqresmen də bunu özlərinin erməni seçicilərinin xatirinə ediblər. Ermənilərin tədbirinin bu binada keçirilməsinin əsas səbəbi konqresmenləri şirnikləndirmək məqsədilə bu cüzi tədbirin əhəmiyyətini şişirtmək idi. ABŞ Konqresində Azərbaycan kokusunun həmtəsisçisi, keçmiş konqresmen Solomon Ortiz bu tədbirə əhəmiyyət verməməyə çağırıb. O deyib: “Burada Azərbaycan ərazilərinin qaytarılması məsələsində onu dəstəkləyən xeyli insan görməyə şadam. Bu torpaqlar erməni silahlı qüvvələri tərəfindən neçə ildir ki, işğal edilib, hərçənd, BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən dörd qətnamə qəbul edib. “Reybern” binasında keçirilən tədbirə gəldikdə isə, bu, sadəcə ona görə mümkün olub ki, ABŞ azad ölkədir. Lakin bu heç də o demək deyil ki, Konqres və ya Dövlət Departamenti Azərbaycan ərazilərinin işğalı məsələsində erməniləri dəstəkləyir. ABŞ Konqresi bu tədbiri dəstəkləmir və Konqres üzvləri başa düşürlər ki, Azərbaycanın torpaqları işğal edilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin hamısı yerinə yetirilməli, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmalıdır. Ona görə də bu tədbir hər il keçirilən adi təbliğatdır. Burada heç bir ciddi məsələ yoxdur”.

Erməni lobbi təşkilatları bir neçə həftədən bəri qanunvericilərə məktublar göndərir, onları şirnikləndirərək bu tədbirə dəvət edirdilər. Lakin onların səyləri puç oldu. ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika qanunvericilərini erməni təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirdi və Konqresin nümayəndələrini erməni millətindən olan və oyuncaq rejimi ABŞ paytaxtında reklam edən vəzifəli şəxslərə məhəl qoymamağa və siyasəti ABŞ-ın milli maraqlarına uyğun olmayan Ermənistanı pisləməyə çağırıb.