Xəbərlər
"Müasir müstəqil Azərbaycanın qurulmasında və inkişafında Heydər Əliyevin misilsiz xidmətləri”
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, rayon Təhsil sektoru və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun bir qrup ümumtəhsil məktəbində “Müasir müstəqil Azərbaycanın qurulmasında və inkişafında Heydər Əliyevin misilsiz xidmətləri” mövzusunda şagirdlərlə görüşlər keçirilib.
Görüşlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən bəhs edib. Bildirilib ki, xalqımız dahi dövlət xadimi Heydər Əliyevin 103-cü ildönümünü böyük ehtiramla qeyd edir. Vurğulanıb ki, Ulu Öndər müdrik lider, xilaskar və geniş quruculuq işlərinin müəllifi kimi Azərbaycan tarixində silinməz iz qoyub, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin ali nümunəsini yaradıb. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yevlax şəhər Heydər Əliyev Mərkəzinin məsul əməkdaşı Günel Səfərova Ümummilli Liderin zəngin həyat yolundan və siyasi fəaliyyətindən bəhs edib. O qeyd edib ki, Heydər Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına həsr edərək, dövlətçiliyimizin möhkəmləndirilməsinə və müstəqil Azərbaycanın davamlı inkişafına nail olub. Xüsusilə vurğulanıb ki, 1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi kimi ölkənin sabitliyə və inkişaf yoluna çıxmasında mühüm rol oynayıb.
Tədbirin sonunda təqdim olunan məruzələr əsasında şagirdlərə mövzu üzrə suallar ünvanlanıb, fəallıq göstərən şagirdlərə hədiyyələr təqdim olunub.
