YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda “Xəmsə” intellektual yarışı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xəmsə” intellektual yarışı keçirilib.

Əvvəlcə yarış iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Yarışın açılış mərasimində YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış ediblər. Çıxışlarda Heydər Əliyev irsinin gənclər üçün əhəmiyyətindən bəhs olunaraq, bu cür intellektual yarışların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşması və onların bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığı vurğulanıb.

Yarışma gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən, yüksək nəticə göstərən “Paradoks” komandası birinci yerə layiq görülüb. İkinci yeri “Birlik” komandası, üçüncü yeri isə “Zəfər” komandası tutub. Qalib komandalar diplom və mükafatlarla təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv