YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı partiya veteranlarının iştirakı ilə dəyirmi masa keçirib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, partiya veteranları səmərəli işləri ilə hər zaman seçiliblər. Onlar zəngin təcrübələri ilə çoxsaylı nailiyyətlər əldə ediblər. Eyni zamanda, veteranların fəaliyyəti gənc nəsil üçün nümunə olaraq göstərilir.

Daha sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə və yubileyləri münasibətilə partiya veteranları fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Veteran partiyaçılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını söyləyiblər.

Sonda xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv