Xəbərlər
YAP Şərur rayon təşkilatının ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev çıxışında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin yerlərdə düzgün və effektiv şəkildə təbliğ olunmasının önəmini vurğulayıb. Qeyd edib ki, mövcud şəraitdə ərazi partiya təşkilatları həyata keçirilən siyasət və islahatların mahiyyəti haqqında əhali arasında geniş maarifləndirmə işləri aparmalıdır.
Ə.Babayev ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da aktivləşdirilməsinin və partiya üzvlərinin fəallığının artırılmasının vacibliyini diqqətə çatdırıb. Partiya üzvləri ilə daim əlaqənin saxlanılmasının, onlarla birgə layihə və tədbirlərin təşkil edilməsinin vacib olduğunu bildirərək bu istiqamətdə təşkilat sədrlərinə müvafiq tövsiyələr verib. Həmçinin gənclərin partiya sıralarına cəlb edilməsi və onların potensialından səmərəli istifadə olunmasının zəruriliyini qeyd edib. Eyni zamanda, ərazi partiya təşkilatlarında uçot və dəqiqləşdirmə işlərinin mütəmadi və operativ şəkildə aparılmasının vacibliyini xüsusi qeyd edib.
Sonda Əmir Babayev müasir dövrdə sosial şəbəkələrin ictimai və gündəlik həyatdakı rolundan bəhs edib. Həmçinin rayon təşkilatının da bu platformalardakı fəaliyyətinin daha sistemli və məqsədyönlü şəkildə qurulmasının vacibliyini qeyd edib.
Görüşdə çıxış edən YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov yerlərdə tədbirlərin təşkili və keçirilməsi ilə bağlı təşkilat sədrlərinə öz tövsiyələrini verib. Bildirilib ki, keçirilən tədbirlər daha kütləvi və əhatəli olmalıdır.
