YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində görüş keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhərsalma siyasətini, memarlıq kimliyini və davamlı inkişaf konsepsiyasını təşviq etmək, eləcə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair ictimai maarifləndirmə məqsədilə görüş keçirilib.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir zamanı memarlıq və şəhərsalma sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu cür tədbirlər rayonun inkişafına töhfə verməklə yanaşı, aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

DİGƏR Xəbərlər Arxiv