Xəbərlər
Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və “27 saylı Yol İstismar İdarəsi” ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, ərazi partiya təşkilatının nümayəndələri, partiya fəalları və könüllülər iştirak ediblər.
Tədbir çərçivəsində Ağstafa-Sadıqlı avtomobil yolunun kənarında 250 ədəd müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibləri yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
