YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yolumuz Qarabağadır" layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər təşkil olunub

"Yolumuz Qarabağadır” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərə səfər təşkil olunub. 

YAP Lənkəran rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və fəalları, eləcə də şəhid ailələrinin nümayəndələri Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əskəran şəhərlərində olub, işğaldan azad olunmuş ərazilərin füsunkar təbiəti, eyni zamanda Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, bu kimi layihələr milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslin vətənə bağlı ruhda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

DİGƏR Xəbərlər Arxiv