YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası: İnkişaf və nüfuzun təməl gücü”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində - “S.Vəzirov küç.91” ünvanı üzrə ərazi partiya təşkilatında “Yeni Azərbaycan Partiyası: İnkişaf və nüfuzun təməl gücü” mövzusunda iclas keçirilib.

Çıxış edən kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, müasir müstəqil Azərbaycanın əldə etdiyi uğurlar təsadüfi deyil. Bu nailiyyətlər dərin siyasi uzaqgörənlik, möhkəm ideoloji təməl və xalqın milli iradəsinə əsaslanan düzgün inkişaf strategiyasının nəticəsidir. O qeyd edib ki, bu möhkəm təməlin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik konsepsiyası dayanır. Məhz bu siyasi kurs Azərbaycanı qeyri-sabitlikdən xilas edərək sabitlik və inkişaf yoluna çıxarıb.

Zaur Əliyev vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə yaradılan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq arenada mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Əldə olunan zəfərlər ölkənin ərazi bütövlüyünü təmin etməklə yanaşı, onun siyasi nüfuzunu daha da artırıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlət siyasətinin strateji və humanist mahiyyətini aydın şəkildə nümayiş etdirir.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müstəqilliyin ilk illərində ölkənin qarşısında duran taleyüklü məsələlərin həlli məhz lider amili, siyasi iradə və xalq-lider birliyi sayəsində mümkün olub. O, Yeni Azərbaycan Partiyasının zərurətdən yaranan bir təşkilat olduğunu vurğulayıb. "Müasir Azərbaycanın inkişafı və əldə etdiyi tarixi nailiyyətlər birbaşa olaraq Ümummilli Lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Hazırda 750 mindən çox üzvü sıralarında birləşdirən partiya ölkəmizi daim irəliyə apararaq və önəmli nailiyyətlərə imza ataraq ümumxalq etimadı qazanıb".

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində Heydər Əliyev Fondu da mühüm rol oynayır. Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar, mədəni və sosial layihələr regionun dirçəlişinə əhəmiyyətli töhfə verir. Onun fəaliyyəti bu prosesə strateji yanaşma və yüksək təşkilatçılıq gətirərək işlərin sürətli və keyfiyyətli icrasını təmin edir.

Daha sonra təşkilati məsələlərə baxılıb. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev ərazi partiya təşkilatının sədri, nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov isə sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv