YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda partiya üzvləri ilə görüş təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının “Heydər Əliyev prospekti 77” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş təşkil olunub.

Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Şəhər İcra Hakimiyyəti başçısının müavini – ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Hüseynova, təşkilatın əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov partiyanın yarandığı mürəkkəb ictimai-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli inkişaf yolundan ətraflı bəhs edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümumxalq partiyası kimi formalaşaraq böyük nüfuz qazanıb, sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından daha da möhkəmlənib.

Rövlan Heydərov çıxışında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərini xüsusi vurğulayaraq, Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən və ölkəmizin davamlı inkişafından danışıb.

Görüş zamanı YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov ərazi partiya təşkilatının sədri Afət Mustafayevanı 50 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv