Xəbərlər
YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında partiya veteranlarının iştirakı ilə görüş keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ümummilli Lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkənin inkişafı naminə gördüyü işlərdən bəhs edib. O, Ulu Öndərin Azərbaycan xalqının müasir tarixində oynadığı müstəsna rolu xüsusi qeyd edərək bildirib ki, Heydər Əliyevin zəngin irsi və mənalı həyat yolu xalqımız üçün əsl ibrət məktəbidir.
Sonra YAP Şəmkir Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən, yubiley yaşlarında olan partiya veteranları Sahib Quliyev, İbrahim Tağıyev, Tofiq İsgəndərov, Zahid Quliyev, Nəriman Alıyev, eyni zamanda Könüllü kənd ərazi partiya təşkilatının sədri Məmməd Salahova fəxri fərman verilib.
Partiya üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunmuş Yeni Azərbaycan Partiyasının sıralarında yer almaqdan qürur duyduqlarını vurğulayıblar.
