Xəbərlər
31 Mart Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi...
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir.
Bu münasibətlə Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra kompleksin muzey bölməsi ilə tanışlıq olub. Muzeydə nümayiş etdirilən ekspozisiyalar vasitəsilə XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş qırğınlar, həmin dövrün acı həqiqətlərini əks etdirən tarixi materiallar və sənədlər barədə ətraflı məlumat verilib.
