Xəbərlər
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verdi
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə ilə əlaqədar başsağlığı verdi.
Başsağlığında deyilir: “Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm.”