Partiya xəbərləri
YAP İcra Katibliyində partiyadan Milli Məclisə ilk dəfə seçilmiş deputatlarla görüş keçirilmişdir
Dekabrın 5-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyadan Milli Məclisə ilk dəfə seçilmiş deputatlarla görüş keçirilmişdir. Görüşü açan YAP Sədrinin müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Milli Məclisdə partiya tərəfindən seçilmiş deputatların geniş və hərtərəfli fəaliyyət göstərdiyini qeyd etmiş və bu istiqamətdə müəyyən ənənələrinin formalaşdığını xüsusi olaraq vurğulamışdır. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan derutataları qanunvericilik prosesində yaxından və fəal iştirak etməklə partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti ardıcıl olaraq müdafiə edirlər. Ə.Əhmədov yeni seçilmiş deputatlara parlament fəaliyyəti ilə bağlı bir sıra tövsiyyələrini vermiş, onların partiyanın keçirdiyi tədbirlərdə, o cümlədən iqtidarın siyasətinin təbliğ və təşviq olunmasında bundan sonra daha geniş şəkildə iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir. Milli Məclisə yeni seçilmiş deputatların KİV və partiyanın mətbuat xidməti ilə əlaqələri, partiyanın internet saytında və mətbuatında çıxışları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov iştirak etmişdir.