Xəbərlər
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzdə yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi, torpaqların elektron uçotu, ünvan reyestri informasiya sistemləri və elektron kadastr məlumat bazası barədə məlumat verildi.