YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Şəhriyar kənd ərazi partiya təşkilatında tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının əməkdaşı Semur Əsgərov, partiya fəalları Ayşən Həsənova və Anar Rzayev, ərazi partiya təşkilatının sədri Seminar Şahverdiyev və digərləri çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi şanlı Zəfər və qazanılan bütün tarixi uğurların əsasında milli maraqlara əsaslanan məqsədyönlü siyasət və xalq-iqtidar birliyi dayanır.

Sonra təşkilati məsələlərə baxılıb. Mətləb Hüseynov Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv