YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir

“Dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir. Çünki ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır”. Bu fikri  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini  Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin təqdimatı zamanı deyib.

S.Novruzovun sözlərinə görə, hazırda dünyada fərqli adlar altında ölkələrə müxtəlif ideyalar ixrac olunur. Xüsusilə din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur. İxrac olunan bu ideyalar digərlərindən çox kəskin şəkildə fəqlənir. Çünki burada mənəviyyat və insanların inancından sui-istifadə məsələsi var. Ona görə də həmin şəxslərə qarşı cəzalar qanunvericiliyin tələblərinə uyğun olaraq daha kəskin olmalıdır.

Komitə sədri əlavə edib ki, Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur və təmin edilir. Hər kəs qanun qarşısında bərabərdir. Bu səbəbdən də hamının qanunun tələblərinə əməl etməsi mütləqdir. Konstitusiyada dövlət quruluşu da müəyyənləşib. Ona görə də mənəvi dəyərləri mövcud olan ölkədə əks nəsə etmək, başqa dövlətin modelini burada qurmaq istəyənlər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdırlar.