YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib.

Göygöl Rayon Gənclər Evində “Ulu Öndər Heydər Əliyev tərəfindən cəmiyyətin inkişafında qadınların roluna verilən yüksək dəyər” mövzusunda keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, şəhid ailələrinin üzvləri, ziyalı qadınlar və YAP fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, qadınların həm ailədə, həm də cəmiyyətdə xüsusi rola malik olduğunu vurğulayıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında layiqli mövqe tutmasını dövlətin mühüm vəzifələrindən biri kimi qarşıya qoymuş, onların bilik və bacarıqlarına görə irəli çəkilməsini prioritet hesab etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu gender siyasəti həyata keçirilir.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova çıxışında Azərbaycan qadınları həm qayğıkeş ana, həm mehriban həyat yoldaşı, həm də dövlət idarəçiliyində mühüm rəhbər vəzifələrdə fəaliyyət göstərir. Vurğulanıb ki, xanımlar öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərin qorunub saxlanmasına töhfə verirlər.

Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü Rüxsarə Atayeva, partiya veteranı Ofeliya Rəhimova və Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ülfanə Səfərova gənc nəslin vətənpərvər ruhda böyüməsində qadınların rolunu xüsusi vurğulayıblar. Onlar qeyd ediblər ki, analar şəhidlərə və qazilərə Vətən sevgisini öyrətmiş, dövlət isə bu kateqoriyadan olan şəxslərə daim diqqət göstərir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara YAP Göygöl rayon təşkilatı tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.