Xəbərlər
Milli Məclisin növbəti plenar iclası keçirilir
Dekabrın 4-də Milli Məclisin növbəti plenar iclası işə başlayıb.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
İclasda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə olunacaq. Eləcə də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsinə dair qanun layihələri müzakirə ediləcək.
Deputatlar “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxacaqlar.