YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

8 Mart - Beynəlxalq Qadınlar Günü Beyləqanda da qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə partiyanın sosial şəbəkələrində fəal olan xanım üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Jalə Cəfərova, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Züleyxa Hacıyeva, Beyləqan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Bahar Tağıyeva və digərləri bildiriblər ki, ölkəmizdə dövlət gender siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini daim vacib məsələlərdən biri hesab edib.

Vurğulanıb ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olub.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gender siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlayıb.

Daha sonra partiyanın sosial şəbəkələrində aktiv fəaliyyəti ilə fərqlənən xanım üzvlərə hədiyyələr təqdim olunub.