Xəbərlər
Azərbaycan qadınları dövlətçilik maraqlarının qorunmasına mühüm töhfələr verirlər
Azərbaycan qadını tarix boyu yalnız ailə institutunun dayağı kimi deyil, həm də dövlətçilik ənənələrinin qoruyucusu və daşıyıcısı kimi mühüm rol oynamışdır. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, qədim eposumuz olan Kitabi-Dədə Qorqud dastanın da qadınların cəsarəti, müdrikliyi və mənəvi gücü aydınşəkildə təsvir edilir. Orta əsrlərdə isə Möminə Xatun, Sara Xatun, Nüşabə və Tomris kimi qadınların timsalında diplomatik bacarıq, siyasi uzaqgörənlik və millimaraqlara sədaqət nümunələri formalaşmışdır. Bu ənənə sonrakı dövrlərdə də davam etmiş, qadın cəmiyyətin həmmənəvi, həm də ictimai həyatında mühüm yer tutmuşdur. XX əsrin əvvəllərində Azərbaycan qadınlarının ictimai-siyasi hüquqlarının tanınması Şərq dünyası üçünəlamətdar hadisə idi. 1918–1920-ci illərdə mövcudolmuş Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçməkvə seçilmək hüququ verərək onları ölkənin siyasihəyatının fəal iştirakçısına çevirdi. Bu qərar təkcə demokratik inkişafın göstəricisi deyildi, həm dəAzərbaycan cəmiyyətində qadına verilən dəyərin açıqifadəsi idi. Sonrakı illərdə qadınların dövlət idarəçiliyində və ictimai proseslərdə iştirakı tədricən daha da genişləndi.
Müstəqillik dövründə gender siyasətinin formalaşması və inkişafı xüsusilə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə qadınsiyasəti dövlət strategiyasının mühüm istiqamətlərindənbirinə çevrildi və bu sahədə institusional mexanizmlər yaradıldı. 2000-ci ildə imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyatakeçirilməsi haqqında” Fərman qadınların rəhbərvəzifələrdə təmsilçiliyinin artırılmasına yönəlmişdi. Bu siyasət sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davametdirilərək yeni məzmunla zənginləşdirildi. 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun və 2010-cu ildə qəbulolunmuş “Məişət zorakılığının qarşısının alınmasıhaqqında” Qanun bu sahədə hüquqi bazanı daha da möhkəmləndirdi.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın beynəlxalq öhdəlikləri də gender siyasətinin vacibistiqamətlərindən biridir. Ölkəmiz 1995-ci ildə United Nations tərəfindən qəbul edilmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulmuş, həmçinin Pekin Bəyannaməsivə Fəaliyyət Platformasını dəstəkləmişdir. Bu sənədlərqadınların siyasi, iqtisadi və sosial həyatda bərabər iştirakını təmin etməyə yönəlmiş beynəlxalq çərçivəni müəyyən edir və Azərbaycanın gender siyasətinin qlobal standartlara uyğun inkişaf etdiyini göstərir.
Son illərin statistik göstəriciləri qadınların ictimai-siyasi fəallığının artdığını göstərir. Bu gün ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir. Ümumi işçiqüvvəsində onların payı 48,4 faiz, məşğul əhali arasındaisə 48,1 faizdir. Yerli özünüidarəetmə orqanlarındaqadınların təmsilçiliyi də son illərdə nəzərəçarpacaqdərəcədə artaraq 4 faizdən 39,34 faizə yüksəlmişdir. Azərbaycan Respublikasının Milli Məclisində qadındeputatların sayı da hər çağırışda artaraq VII çağırışda 26 nəfərə çatmışdır.
Azərbaycanın beynəlxalq humanitar və mədəni diplomatiyasında Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsbedir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən humanitar layihələr, mədəni təşəbbüslər və sosial proqramlar Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə töhfə verir. Bu fəaliyyət həm də Azərbaycan qadınlarının beynəlxalq səviyyədə müsbət obrazının formalaşmasına xidmət edir.
Mehriban xanım Əliyevanın hərtərəfli parlaqfəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyüklayihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektualvə yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süniintellekt və innovasiya sahələrində prioritetistiqamətlərin müəyyənləşdirilməsi, milli texnolojipotensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modeləkeçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı il 27 fevral tarixindəyaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilmişdir.
Hazırda həyata keçirilən “AzərbaycanRespublikasında gender (kişi və qadınların) bərabərliyiüzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qadınların ictimai fəallığının artırılması, əmək bazarında gender fərqlərinin azaldılması və rəqəmsal savadlılığınyüksəldilməsi kimi mühüm məqsədləri əhatə edir. Bu sənəd gender siyasətinin artıq strateji planlaşdırmamərhələsinə keçdiyini göstərir.
Beləliklə, Azərbaycan qadınları tarixdən gələn mübarizlik və güc ənənəsini müasir dövrün tələbləri ilə birləşdirərək ölkənin inkişafında mühüm rol oynamağadavam edir. Onun siyasi təmsilçiliyi, iqtisadi fəallığı və mədəni-intellektual potensialı Azərbaycanın modernləşmə yolunun vacib sütunlarından biri olaraqqalır. Gender bərabərliyi siyasəti isə yalnız sosial ədalətprinsipi deyil, həm də ölkənin gələcək inkişafı üçünstrateji əhəmiyyət daşıyır, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
