YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hücum aktları cavabsız qalmayacaq

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bu gün  İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları ciddi narahatlıq doğurur və qətiyyətlə pislənilməlidir. Hər bir dövlət beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmalı, qonşu ölkələrin təhlükəsizliyinə təhdid yaradan addımlardan çəkinməlidir. Bu cür hərbi təxribatlar regionda sabitliyə və qarşılıqlı etimada ciddi zərbə vurur.

Naxçıvan ərazisinə baş vermiş insidentə görə bütün məsuliyyət birbaşa İran İslam Respublikasının üzərinə düşür. Dövlət öz ərazisindən həyata keçirilən hərbi fəaliyyətlərə görə beynəlxalq hüquqa əsasən cavabdehlik daşıyır. Bir ölkənin sərhədlərindən digər ölkəyə qarşı silahlı hücum həyata keçirilməsi açıq şəkildə suverenliyin və ərazi bütövlüyünün pozulması deməkdir.

Xüsusilə mülki infrastruktura qarşı dron hücumu təşkil etmək beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Mülki obyektlərin hədəfə alınması nə hərbi, nə də mənəvi baxımdan əsaslandırıla bilməz. Bu cür addımlar yalnız vəziyyəti daha da gərginləşdirir və sabitliyə təhlükə yaradır.

Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri addımları atmaq hüququnu özündə saxlayır. Bu cür hücum aktları cavabsız qalmayacaq. Dövlətimizin təhlükəsizliyinə yönəlmiş istənilən təhdidə adekvat və qanuni çərçivədə cavab veriləcək.

Regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün bütün tərəflər məsuliyyətli davranmalı, beynəlxalq hüquqa riayət etməli və təxribat xarakterli addımlardan uzaq durmalıdır. Dövlətlər arasında münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulmalıdır. Gərginliyi artıran hər bir addım isə qətiyyətlə pislənməli və beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir.