YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji siyasəti qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının uğurlu inkişaf tempi, etibarlı tərəfdaş olması və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qlobal məsələlərin həllində fəal iştirakına zəmin yaradır, onun beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Ölkəmizdə mövcud olan siyasi sabitlik, davamlı iqtisadi artım, bununla yanaşı enerji təhlükəsizliyinə verilən töhfələr, bu istiqamətdə davamlı olaraq həyata keçirilən tədbirlər Azərbaycanı vacib aktor etməklə, mühüm məkana çevirir, dünya miqyaslı problemlərin həllində söz sahibi edir. Hazırda enerji təhlükəsizliyinin vacib prioritet məsələ olaraq gündəmdə olması, qlobal enerji bazarlarında baş verən geosiyasi dəyişikliklər, təchizat marşrutlarının şaxələndirilməsinə artan tələbat və etibarlı tərəfdaşlara olan ehtiyac fonunda Azərbaycanın rolu günü-günəndən artmaqdadır. Xüsusilə Cənubi Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verərək özünü sabit, proqnozlaşdırıla bilən və uzunmüddətli strateji tərəfdaş kimi təsdiqləməsi həm regionda, həm də beynəlxalq miqyasda siyasi və iqtisadi mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməsinə şərait yaratmışdır.

Enerji təhlükəsizliyinin möhkəmləndirməsi, beynəlxalq enerji əməkdaşlığının genişləndirməsi və eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət ölkəmizin həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi mövqeyini daha da gücləndirdiyini, həm də qlobal iqlim çağırışlarını nəzərə alaraq yaşıl enerjiyə keçidi prioritet istiqamət kimi müəyyənləşdirdiyini göstərir. Son illərdə Azərbaycan ənənəvi enerji siyasətini bərpa olunan enerji istiqamətində genişləndirməkdədir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan olunması ölkənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Günəş və külək enerjisi layihələri beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilir ki, bu da Azərbaycanın enerji siyasətinin müasir çağırışlara uyğunlaşdığını sübut edir. Dövlətimizin enerji siyasətində praqmatik yanaşma milli maraqların qorunmasına, geosiyasi balansın saxlanmasına və davamlı iqtisadi inkişafa xidmət edir. Ölkə həm Qərb dövlətləri, həm də regional tərəfdaşlarla əməkdaşlıq edərək çoxşaxəli və çevik enerji strategiyası formalaşdırmışdır. Bu siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirmiş, onu Avrasiya məkanında mühüm enerji və nəqliyyat qovşaqlarından birinə çevirmişdir.

Martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının keçirilməsi Azərbaycanın enerji təhlükəsizliyinə, həmçinin yaşıl enerjinin inkişafına verdiyi önəmin bariz nümunəsidir. Bu tədbir önəmli beynəlxalq əməkdaşlıq məkanı olmaqla yanaşı, enerji istehsalçısı, tranzit və istehlakçı ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, dayanıqlı və etibarlı enerji təchizatının təmin olunmasına, eləcə də bərpaolunan enerji sahəsində innovativ layihələrin təşviqinə və regionda “yaşıl keçid” prosesinin sürətləndirilməsinə xidmət etməklə Azərbaycanın mühüm məsələlərin həllində aktiv rolunu bir daha nümayiş etdirir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşımaqla təkcə Azərbaycan üçün deyil, həm də Avropa və region ölkələri üçün strateji əhəmiyyətə malik məsələlərin müzakirə olunduğu vacib görüşdür.

Tədbirdə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, qaz tədarükünün artırılması və yeni bazar imkanlarının araşdırılması kimi məsələlərin müzakirə edilməsi beynəlxalq əməkdaşlıq və yaşıl keçid istiqamətində yeni perspektivləri formalaşdırmaqla qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir, enerji siyasətində yeni mərhələnin başlandığını göstərir, yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı istiqamətində birgə layihələrin müzakirəsi istiqamətində beynəlxalq əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu platformalar ölkələr arasında etimadın möhkəmlənməsinə, enerji sahəsində uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına və strateji dialoqun dərinləşməsinə xidmət edir. Həm qaz tədarükünün şaxələndirilməsi, həm də yaşıl keçidin təşviqi istiqamətində atılan addımlar regionda sabitliyə, iqtisadi inkişafın sürətlənməsinə və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm şərait yaradır. Azərbaycan enerji sahəsində təşəbbüskar mövqeyini qoruyaraq həm regional, həm də qlobal miqyasda strateji tərəfdaş statusunu daha da möhkəmləndirir.