Xəbərlər
Bərdədə milli qəhrəmanların ailələri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və aparatın kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar əslən Xocalıdan olan Azərbaycanın milli qəhrəmanları Tabil Həsənovun və Şakir Salahovun ailə üzvləri ilə görüş keçirilib.
Görüş iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüb, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra Bərdə Rəsm Qalereyasında Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək Ermənistan ordusunun Rusiyanın 366-cı motoatıcı diviziyası ilə birlikdə xalqımıza qarşı törətdiyi soyqırımı aktı, mülki əhaliyə qarşı həyata keçirilmiş vandalizm və amansızlıq faktları barədə danışıb. Qeyd olunub ki, Prezident, Ali Baş Komdandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə əzəmətlə dalğalanır.
Milli qəhrəmanların ailə üzvləri Lətifə Həsənova və Akif Salahov faciə ilə bağlı xatirələrini bölüşərək bildiriblər ki, ötən dövrdə Azərbaycanın qazandığı tarixi qələbələr böyük qürur mənbəyidir. Onlar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda milli qəhrəmanların ailə üzvlərinə Zəfər yolunu əks etdirən kitablar təqdim olunub və xatirə şəkli çəkdirilib.
