YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisət təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisət təbrik məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.”