YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocavənd rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Xocavənd rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, partiya veteranı Ruslan Şirinov, əməkdar müəllim Telli Alıyeva, Muğanlı kənd ərazi partiya təşkilatının sədri Asim Rüstəm çıxış ediblər.

Çıxış edənlər partiyanın ötən dövr fəaliyyəti ərzində əldə etdiyi uğurlardan, ölkənin inkişafında və dövlətçilik siyasətində oynadığı aparıcı roldan danışıblar. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası milli maraqların qorunması, demokratik ənənələrin möhkəmləndirilməsi və dövlətçiliyin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib.

Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Daha sonra partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.