YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi iradə, ortaq maraqlar

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Serbiya və Azərbaycan dost ölkələrdir. İki ölkə arasında çox yüksək səviyyəli siyasi təmaslar və qarşılıqlı əməkdaşlıq mövcuddur. Ölkələrimizin həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanmaq perspektivləri vardır.

Fevralın 15-də Belqradda Prezident İlham Əliyev mətbuata bəyanatında Serbiya-Azərbaycan əlaqələrindən bəhs edərkən bildirdi ki, iki ölkə hər zaman bir-birinin yanındadır və əlaqələrimiz çox yüksək səviyyədədir. Ölkə başçısı diqqətə çatdırdı ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Azərbaycanın yatıracağı sərmayə əsasən energetika sahəsini əhatə edəcək. Bütövlükdə energetika sahəsində iki ölkənin əlaqələri indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl Azərbaycan Serbiyaya təbii qazın ixracına başlayb. Qarşıdakı dövrdə ölkəmiz Serbiyaya təbii qaz ixracının həcmini artıracaq.

Ümumilikdə hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Ölkəmiz bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuldur və bu sahədə də Serbiya ilə də əməkdaşlıq etməyə hazırdır. Azərbaycan 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcək və bunun böyük hissəsi ixraca gedəcək. Ölkəmizin əsas ixrac istiqaməti Avropa məkanıdır. Azərbaycan və Serbiya birlikdə qazla işləyən 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək. Gələcəkdə daha çox qazla işləyən elektrik enerjisi stansiyalarını tikilməsi planlaşdırılır.

Azərbaycan-Serbiya əlaqələri təkcə energetika sahəsini əhatə etməyəcək. Kənd təsərrüfatı, turizm kimi sahələrdə də sıx əməkdaşlıq həyata keçiriləcək ki, bu da iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və iqtisadi münasibətlərin daha da sürətlə inkişafına gətirib çıxaracaq. Ölkəmiz Serbiyaya kənd təsərrüfatı məhsulları ixrac edəcək. Bu isə öz növbəsində ölkəmizin ixrac imkanlarının daha da artmasına səbəb olacaq. Gəlcəkdə ixrac daha da artacaq və çoxşaxəli olacaq.

Azərbaycan-Serbiya əlaqələrinin davamlı inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlər həyata keçiriləcək ki, bununla da dostluq əlaqələri daha da möhkəmləndiriləcəkdir.