YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə bir qrup partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında bir qrup partiya veteranı ilə görüş keçirilib.                   

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yubiley yaşında olan partiya veteranları Çingiz İsayev, Zənfurə Cəfərova, Valeh Əhmədov, Süleyman Quluyev, Feruz Hacıyev, Cümşüd Məmmədov və Tahir Əliyevi doğum günləri münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıblar.

Bildirilib ki, partiyanın bugünkü uğurlarında təşkilati işlərə məsuliyyətlə yanaşan partiyanın veteran üzvlərinin əvəzsiz xidmətləri var.

Partiya veteranları onlara göstərilən diqqət və ünvanlarına deyilən xoş sözlərə görə öz dərin minnətdarlıqlarını bildirib, bundan sonra da partiyanın fəaliyyətində daha yüksək məsuliyyətlə çalışacaqlarını vurğulayıblar.

Sonda yubilyarlara partiyanın ictimai-siyasi fəaliyyətində fərqləndiklərinə görə fəxri fərman təqdim olunub.