YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Serj Sarkisyan terror siyasəti həyata keçirir

«Terrorizm bu gün dünyanın ən ciddi probleminə çevrilib. Dünyanın bir çox yerlərində, xüsusilə Yaxın Şərq ölkələrində demək olar ki, hər gün terror hadisələri baş verir. Fikrimcə, bunun əsas səbəbi beynəlxalq səviyyədə terrora qarşı sistemli mübarizənin aparılmamasıdır. Xüsusilə, müəyyən beynəlxalq güclər öz geosiyasi maraqlarını təmin etmək üçün belə hallara geniş imkanlar yaradırlar. Amma bütün hallarda terrora haqq qazandırmaq mümkün deyil». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov deyib.

  E.Məmmədov bildirib ki, Azərbaycan da  Ermənistanın işğalçılıq və terrorçuluq siyasətilə üzləşib. Bunun  nəticəsində 1 milyondan çox insan öz  torpaqlarından didərgin düşüb, Xocalı soyqrımı törədilib, minlərlə insan həlak olub və ya əlil vəziyyətinə düşüb. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə yanaşı, eyni zamanda, ölkəmizə və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir.

«İşğalçı ölkənin prezidenti Serj Sarkisyan mütəmadi olaraq öz çıxışlarında müstəqil dövlətlərə qarşı ərazi iddialarını önə çəkir. Bir dövlətin başçısının digər müstəqil dövlətlərə yönəlik bu cür şantaj, təhdid xarakterli bəyanat səsləndirməsi isə diplomatik qayda və prosedurlara görə yolverilməzdir. Bütün bunlar Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir. Bütün bunları nəzərə alaraq belə bir reallıq inkaredilməzdir ki, Fransada baş vermiş terror hadisəsini pisləyən beynəlxalq ictimaiyyət, Ermənistanın da terror siyasətinə qarşı etiraz səsini ucaltmalı, indiyə qədər baş vermiş terror hadisələrini, o cümlədən Xocalı soyqırımını kəskin şəkildə pisləməlidirlər»- deyə, E.Məmmədov qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv