Xəbərlər
SOCAR noyabrda Ceyhan limanından 1,5 milyon tondan çox xam neft ixrac edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) noyabrda Novorossiysk limanından 169 min 661 ton, Supsa limanından 169 min 266 ton, Ceyhan limanından isə 1 milyon 529 min 565 ton xam neft ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-noyabr aylarında Novorossiysk limanından 1 milyon 270 min 108 ton, Supsa limanından 2 milyon 541 min 398 ton, Ceyhan limanından isə 16 milyon 78 min 695 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.