Xəbərlər
Kəngərlidə şəhid ailələri ziyarət olunub
Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatı tərəfindən Qıvraq qəsəbəsində və Xok kəndində şəhid ailələri ilə görüş keçirilib.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva və təşkilatın nümayəndələri Qıvraq qəsəbəsində 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalmış Mehbalı Fərid Kamaləddin oğlunun anası Nargilə Mehbalıyevanı 50 illik yubileyi, Xok kəndində isə Vətən müharibəsi zamanı şəhid olmuş İsgəndərov Niyaməddin Qulu oğlunun atası Qulu İsgəndərovu 65 illik yubileyi münasibətilə ziyarət ediblər.
Sevda Quluyeva Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbədən bəhs edib. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq, onların adları daim hörmətlə yad ediləcək.
