YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Seçkilərin şəffaf keçirilməsi baxımından 1 noyabr parlament seçkiləri yüksək göstəricilərə malikdir

«Seçkilərin şəffaf keçirilməsi baxımından 1 noyabr parlament  seçkiləri yüksək göstəricilərə malikdir. Məntəqələrdə 65 mindən çox yerli, həmçinin 40-dan artıq beynəlxalq nüfuzlu qurumun 500-dən çox nümayəndəsi seçki prosesini izləyib. Bildirilib ki, mindən çox seçki məntəqəsində veb-kamera quraşdırılıb». Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 M.Pənahov bildirib ki, səsvermənin gedişindən protokolların tərtib edilərək dairə seçki komissiyalarına çatdırılması mərhələsi də daxil olmaqla bütün proseslər onlayn rejimdə veb-kameralarla dünya ictimaiyyətinə çatdırılıb. Onun sözlərinə görə, dövlətimizin başçısının təşəbbüsü ilə tətbiq olunan veb-kamera praktikası Azərbaycan Prezidentinin ölkəmizdə seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin göstəricisidir.

«Seçkilərdə 15 siyasi partiya və 7 siyasi partiyanı birləşdirən bir siyasi blok iştirak edib. Namizədlərin irəli sürülməsi və qeydiyyatı seçki qanunvericiliyinə uyğun olaraq aparılıb və 767 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin yarıdan çoxu həmin siyasi partiya və blokun namizədləri olub.Ümumiyyətlə, namizədlər seçicilərlə görüşlərdə heç bir məhdudiyyət hiss etməyiblər. Namizədlərin seçkiqabağı təşviqatı Seçki Məcəlləsinin tələbinə uyğun, əhatəli və müasir səviyyədə təşkil olunub. MSK həm beynəlxalq, həm də yerli təşkilatlarla müxtəlif seçki subyektləri üçün geniş maarifləndirmə proqramı həyata keçirib»- deyə, MSK sədri vurğulayıb.