Xəbərlər
Beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilib
Dekabrın 1-də beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilib.
Milli Məclisin sədri Oqtay Əsədov iclasda çıxış edərək Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini, bütün beynəlxalq təşkilatların seçkiləri azad və ədalətli seçkilər kimi qiymətləndirdiyini deyib.
İclasda iştirak edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlamentin işinə uğurlar arzulayıb, beşinci çağırış Milli Məclisin Azərbaycan xalqına layiqincə xidmət edəcəyinə əminliyini bildirib.
Sonra Məzahir Pənahov Milli Məclisin sədri Oqtay Əsədova, sədrin birinci müavini Ziyafət Əsgərova, müavinlər Bahar Muradovaya, Valeh Ələsgərova və deputatlara vəsiqələrini təqdim edib.
Daha sonra gündəlikdəki məsələlərə baxılıb.
İclasda Milli Məclisin intizam komissiyası təşkil olunub, parlamentin komitələrinin sədr müavinləri və üzvləri seçilib.