Xəbərlər
Azərbaycan və İordaniya arasında gömrük sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Qanununu imzalayıb.
Qeyd edək ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb. Preambula və 22 maddədən ibarət olan sənəd müəyyən edilmiş qaydalara və şərtlərə uyğun olaraq hər iki tərəfin gömrük orqanları arasında gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqinin təmin edilməsi, bu qanunvericiliyin pozulmasının qarşısının alınması, aşkarlanması və araşdırılması vasitəsilə bir-birilərinə yardım etməsini nəzərdə tutur.
