Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda şəhid Əhməd Laçınovun ailəsini ziyarət edib.
Görüşdə şəhidin ailə üzvləri ilə səmimi söhbətlər aparılıb. Millət vəkili bildirib ki, bu kateqoriyadan olan şəxslər xalqımız üçün müqəddəsdir, onların diqqətdə saxlanılması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Daha sonra Asif Əsgərov Zaqatala rayonunun Mamrux kəndində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Şəhid ailəsi və seçicilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
