Xəbərlər
“Heydər Əliyev və Azərbaycan Gəncliyi”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda gənclərlə görüş təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Quba şəhərindəki Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin məzarları üzərinə tər güllər düzülüb, Ümummilli Liderin xatirəsi ehtiramla anılıb.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Azərbaycanda gənclər siyasətinin uğurlu inkişafından və gənclərin cəmiyyətdəki rolundan bəhs edib. Qeyd olunub ki, bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutur, dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynayır.
