Xəbərlər
Dövlət gənclər siyasəti ardıcıl şəkildə reallaşdırılır
Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək bildiriblər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri bütün sahələrdə yüksək nailiyyətlər qazanır və öz potensiallarını uğurla reallaşdırırlar.
Müasir Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Tədbirin sonunda YAP Naftalan şəhər təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.
